Türkiyə yenidən koronavirusa yoluxmada rekorda imza atıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən bir gündə ölkədə 42 mindən çox insan virusa yoluxub. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə son bir gündə ölkədə 248.968 test aparılıb. 42.308 nəfər koronavirusa yoluxub və 179 nəfər ölüb.
Pandemiya dövründə ölənlərin ümumi sayı 31 892 nəfər olub.
Xatırladaq ki, martın 29-da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COVID-19-a yoluxanların artması səbəbindən ölkədə komendant saatının yenidən sərtləşdiriləcəyini açıqlamışdı.
Yüksək risk zonası İstanbul, Ankara, Antalya, İzmir və Türkiyənin əksər vilayətlərini əhatə edir.
Bizim.Media