"Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları Şuşa şəhəri istiqamətində iki ərazidə aşkarlanıb".
Bizim.Media-nın məlumatına görə, bu barədə i Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov Bakıda raketlərin qalıqlarının nümayiş etdirilməsi zamanı açqılama verib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin Şuşaya atdığı “İskəndər”in qalıqları Bakıda nümayiş etdirildi — FOTO
"Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 millimetrdir. Bildiyiniz kimi, bu raketin bir neçə növü var.
Raket qalıqlarının üzərində modelini dəqiqləşdirəcək yazıya rast gəlinməyib. Hazırda bu raketin hansı növə aid olduğu istiqamətində dəqiqləşdirmələr aparılır”.
İ.İsmayılov əlavə edib ki, raket tam olaraq partlayıb,onun tam olaraq qalıqları aşkarlanıb”.
Bizim.Media