Qərbi Azərbaycan Xronikası: “Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO 

Qərbi Azərbaycan Xronikası: “Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO 

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO 

162828

Bu gün Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib. 

Bizim.Media xəbər verir ki, “Ailəmlə qayıdıb yenidən Qafanda yaşamaq istəyirəm” adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhər sakini Rəşad Həsənovun həyat hekayəsinə həsr olunub. 

O, altı yaşına qədər Qafan şəhərində yaşadığını, 1988-ci ildə ailəsi ilə birlikdə deportasiya olunduqlarını deyib:

“Biz Qafan şəhərində 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayırdıq. Həmin binanın qarşısında Stup dağı var idi, eyvandan baxanda Stup dağı görünürdü. Qafanın çox gözəl coğrafi mövqeyi var idi. 

Uşaq vaxtı atamla,babamla, nənəmlə Styup dağının ətəyinə gediridk, gəzirdik, istirahət edirdik. Çox gözəl günlərimiz olurdu. Novruz ənənələrimiz var idi, çərşənbələr var idi. Adət-ənənələrimizi çox gözəl davam etdirirdik”. 

Onun sözlərinə görə, azərbaycanlı ailələr əsasən Qafanın kəndlərində yaşayıblar:

“Babamın əsli isə Qafanın Əcli kəndindəndir. Babamın  babasını da ermənilər 1918-ci ildə ermənilər Qafandan sürgün ediblər, deportasiya ediblər, qovublar. Onların yarısı Naxçıvan tərəfə gediblər, yarısı da İrana keçiblər. Təbii ki, deportasiya olunan zaman yollarda xəstəlik tutublar, yarısı qırılıb.

1918-ci ildən sonra, Sovet hakimiyyəti qurulandan sonra Qafanın kəndinə qayıdıblar. Mənim uşaqlığım 6 yaşınadək orada keçib. Uşaqlığım müddətində mən orada erməni uşaqlarla, erməni ailələri ilə münasibətimiz doğrudan da normal olub, gəlişimiz olub, gedişimiz olub, qonaq gəlmişik, qonaq getmişik, bayramlarda bir yerdə olmuşuq, ad günlərində bir yerdə olmuşuq. Biz onlara nəsə bir pislik etməmişik. Amma onlar öz aralarında bizi  çıxarmaq, Zəngəzur mahalından qovalamaq fikrində olublar.

R.Həsənov erməni tələbələrin axşamlar Azərbaycan türklərinin evini daşladıqlarını, butulkalara benzin doldurub yandırdıqlarını xatırladıb: “1988-ci ilin noyabr ayında bizi ermənilər öz torpağımızdan, öz dədə-baba yurdumuzdan, öz Vətənimizdən deportasiya etdilər. Soyuq günlər idi, çox pis vəziyyətdə idik. Çoz acınacaqlı bir vəziyyətdə gəldik. Vaqonlarda, soyuq havada, qarlı qışda, evimizdə nə qədər əşya var idi evdə qaldı, qoca, yaşlı, qız-gəlin, kim gəldi bizi öz torpaqlarımızdan qovaladılar, öz yurdumuzdan, öz dədə-baba torpaqlarımızdan qovaladılar. Zülmlı çıxdıq, sonra da gəldik Bakı şəhərində yerləşdik”. 

O, dədə-baba yurdlarına qayıdacağına əminliyini bildirib:

“Ora bizim tarixi elimiz-obamız olub. Bizim babalarımızın, ulu babalarımızın ruhları oradadı. O torpaqda yaşamaq istəyirəm. İnşallah, bunu səbirsizliklə gözləyirik. Şəxsən mən bir vətəndaş olaraq buna inanıram. Ali Baş Komandanın ətrafında sıx birləşməliyik, öz torpaqlarımıza getməyi və o torpaqlarımıza, Vətənimizə, elimizə, obamıza sahib çıxmalıyıq”. 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. 

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. 














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO