Xankəndidə erməni təxribatı: “Laçın” məntəqəsinə doğru yürüş edəcəklər?

Xankəndidə erməni təxribatı: “Laçın” məntəqəsinə doğru yürüş edəcəklər?

Hazırda oxunan: Xankəndidə erməni təxribatı: “Laçın” məntəqəsinə doğru yürüş edəcəklər?

146142

Qarabağdakı qondarma rejimin təmsilçiləri yenidən aktivləşiblər. Bu gün baş terrorçu Arayik Arutyunyan oyuncaq “təhlükəsizlik şurası”nın toplantısını keçirib.

Bizim.Media erməni mediasına istinadən bildirir ki, axşam saatlarında qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyan Qarabağ ermənilərinə müraciət edib. 

“Arsaxda yaşamaq hüquq deyil, vəzifədir. Hamımız bir nəfər kimi milli hüquqlarımızı qorumaq üçün ümummilli dinc mübarizəyə başlayırıq” deyən separatçı iyulun 14-də saat 09.00-da hamını Xankəndinin mərkəzi meydanında toplaşmağa çağırıb və  “orada növbəti addımlarımızı birlikdə qərarlaşdıracağıq” deyib. 

Onun fikrincə, bu dəfə başlayan “ümumxalq hərəkatı” Ermənistan və diaspordan lazımi cavab alacaq.

“Nə qədər dözməliyik? Bütün bunları sükutla izləmək yolverilməzdir. Ümummilli hərəkata başlamaq lazımdır”, deyə o, qeyd edib.

Sosial mediada yayılan məlumata görə, separatçıların məqsədi “Laçın” sərhəd-buraxılış məntəqəsinə doğru yürüş etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO