Paşinyan 2020-ci il oktyabrın 16-da 5 rayonu qaytarmağa razılaşıb? - TƏFƏRRÜAT

Paşinyan 2020-ci il oktyabrın 16-da 5 rayonu qaytarmağa razılaşıb? - TƏFƏRRÜAT

Hazırda oxunan: Paşinyan 2020-ci il oktyabrın 16-da 5 rayonu qaytarmağa razılaşıb? - TƏFƏRRÜAT

142333

“2020-ci il oktyabrın 13-də Rusiya prezidentindən birbaşa suala cavab verməsini xahiş etdim: müharibəni dayandırmaq üçün nə etməliyəm? Oktyabrın 16-da Putinlə eyni məsələni daha ətraflı müzakirə etdik və o, belə bir fikri bildirdi ki, Qarabağın statusu ilə bağlı heç bir müzakirə aparılmadan 5 rayonun qaytarılması ilə bağlı söhbətə başlamaq olar.  Rusiya prezidenti ilə razılaşdıq ki, komandalar bu ideyanı təkmilləşdirmək üçün işə başlasınlar".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında səsləndirib.

"Oktyabrın 17-də Fransa prezidenti Emmanuel Makron təşəbbüs göstərdi və mənə bildirdi ki, İlham Əliyev oktyabrın 18-də gecə yarısı heç bir şərt olmadan atəşkəslə razılaşıb.

Təbii ki, razılaşdım. Bundan sonra bir neçə saat ərzində Fransa, Ermənistan və Azərbaycan oktyabrın 17-də axşam saatlarında gecə yarısından etibarən humanitar atəşkəsin yaradıldığını bildirən bəyanatla çıxış etdilər.
Biz bu bəyanatı dərc etməzdən əvvəl rusiyalı tərəfdaşlarımızla müzakirə etdik və onlar bəyanatı müsbət qarşıladılar. Bununla belə, müharibəni dayandırmaq üçün gün ərzində bütün diplomatik səylərimizi göstərsək də, atəş kəsilmədi”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO