Ərdoğanla Conson danışdı: Apreldə turizm bərpa olunacaq

Ərdoğanla Conson danışdı: Apreldə turizm bərpa olunacaq

Hazırda oxunan: Ərdoğanla Conson danışdı: Apreldə turizm bərpa olunacaq

14139

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

"Unutmayaq! Dənizlərə hakim olan, dünyaya hakim olar" - Ərdoğan


Bildirilib ki, tərəflər telefon danışığı zamanı ticarət, turizm, müdafiə, kənd təsərrüfatı, COVID-19 pandemiyasına qarşı mübarizə, ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün atılan addımlar və regional məsələləri müzakirə ediblər.

Ərdoğan aprel ayında Türkiyəyə maneəsiz və təhlükəsiz turist səfərlərinin bərpa olunacağından əminliyini ifadə edib.

Eyni zamanda qeyd edib ki, Böyük Britaniya və Türkiyənin imza atdığı sərbəst ticarət haqqında razılaşma iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsidir və atılan addımlar ikitərəfli ticarətin həcminin 20 milyard dollara çatmasına kömək edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO