Ermənistanın baş naziri Nikol Paşinyan yürüşü dayandırdığını elan edərək tərəfdarlarını və siyasi qüvvələri məşvərətə çağırıb.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, Paşinyan müxalifəti danışığa dəvət edib:
“Biz xalqın mövqeyini təsbit etdik. On minlərlə insan bizimlə birlikdə "Respublika" meydanında oldu. Mən hamıya daha bir “məxməri inqilab"ın olmayacağını vəd edirəm”.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-dan İrəvandakı hadisələrlə bağlı ilk açıqlama - “Hər şeyi diqqətlə izləyirik”
Onun sözlərini tərəfdarları alqışlarla qarşılayıb.
Qeyd edək ki, İrəvanda Paşinyanın istefasını tələb edənlərin etiraz aksiyası davam edir. Onlar parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.
Bizim.Media