Ermənistanda əsgərlər hərbi hissədən qaçdılar – Xidmət etmək istəmirlər

Ermənistanda əsgərlər hərbi hissədən qaçdılar – Xidmət etmək istəmirlər

Hazırda oxunan: Ermənistanda əsgərlər hərbi hissədən qaçdılar – Xidmət etmək istəmirlər

12930

Ermənistandakı hərbi hissələrin birində müddətli qulluqda olan əsgərlərin məzuniyyətdən geri qayıtmaq istəməməsilə bağlı insident baş verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armenia” nəşri yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

“Dostlarımız gözümüzün önündə külə dönürdü...” – Hərbçilər etiraz edir


Mənbə yazır ki, fevralın 23-də bir qrup hərbçi və onların qohumları əsgərlərin daimi yerləşmə məntəqəsinə qayıtmalarına mane olmağa çalışıb.

Nəticədə hərbi hissədə iğtişaşlar başlayıb, bu vəziyyətdən istifadə edən bəzi əsgərlər isə hərbi hissəni özbaşına tərk ediblər.

Hissənin komandanlığı araşdırmaya başlayıb. Hərbi polisin axtardığı fərarilər barəsində müvafiq maddə ilə cinayət işləri başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO