Qaribaşvili baş nazir oldu - Gürcüstan prezidenti sərəncam verdi

Qaribaşvili baş nazir oldu - Gürcüstan prezidenti sərəncam verdi

Hazırda oxunan: Qaribaşvili baş nazir oldu - Gürcüstan prezidenti sərəncam verdi

12716

Gürcüstan prezidenti Salome Zurabişvili İrakli Qaribaşvilinin baş nazir təyinat olunması haqqında sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı gürcü mediası yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstanın yeni baş naziri Azərbaycana gələcək


"Gürcüstan Konstitusiyasının 56-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq, İrakli Qaribaşvili Gürcüstanın Baş naziri təyin edilsin", - deyə sərəncamda bildirilir.

Vaxtanq Qomelauri Gürcüstanın daxili işlər naziri, Mixail Çxenkeli təhsil, elm, mədəniyyət və idman naziri, Yekaterina Tikaradze Səhiyyə Nazirliyinin rəhbəri, Vano Maçavariani maliyyə naziri, David Zalkaliani Xarici İşlər Nazirliyinin başçısı, Qoça Lortkipanidze ədliyyə naziri, Levan Davitaşvili ətraf mühit və təbii resurslar naziri, Natiya Turnava iqtisadiyyat və davamlı inkişaf naziri olub.

Daha əvvəl Gürcüstan parlamenti yeni hökuməti təsdiqləyib. Belə ki, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO