Bu gün qabaqcadan edilmiş çağırışa cavab olaraq İranın bir çox şəhərlərində vətəndaşlar, xüsusilə də gənclər küçələrə axın edib.
Bizim.Media “Azad İran”a istinadən xəbər verir ki, yayılan video görüntülərdə etirazçılar hökumətə qarşı “Azadlıq, azadlıq”, “Ölüm olsun diktatora və s. şüarlar səsləndirdikləri əks olunub.
Videolar İranın müxtəlif şəhərlərinə və paytaxtın Tehranpars, Ferdovs bulvarı, Səttarxan, Sadeqiyye və digər küçələrinə aiddir.
Bizim.Media