Ermənilər

Ermənilər "Xudavəng" monastırını ziyarət etdi - VİDEO

Hazırda oxunan: Ermənilər "Xudavəng" monastırını ziyarət etdi - VİDEO

11885

Bazar günü 15 erməni Kəlbəcərdəki Xudavəng monastr kompleksini ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində rusiyalı sülhməramlılar Dağlıq Qarabağda dinc həyatın bərpasına kömək göstərməkdə davam edirlər.

Əldə edilən razılaşmalar nəticəsində Azərbaycan Respublikasının hərbi qulluqçuları ziyarətçiləri rus sülhməramlılarının müşayiəti ilə kompleksin ərazisinə maneəsiz buraxırlar.

Təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindən biri memarlıq kompleksinin yaxınlığında yerləşir.

Sülhməramlılar Azərbaycanın Alban-Udi xristian icmasının nümayəndələrinin də monastrı ziyarət edərkən təhlükəsizliyi təmin edirlər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO