Paşinyan Laçın yolu ilə bağlı Putinə şikayət etdi – TELEFON DANIŞIĞI

Paşinyan Laçın yolu ilə bağlı Putinə şikayət etdi – TELEFON DANIŞIĞI

Hazırda oxunan: Paşinyan Laçın yolu ilə bağlı Putinə şikayət etdi – TELEFON DANIŞIĞI

117687

Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinlə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Press-relizdə deyilir ki, Paşinyan Laçın yolundakı vəziyyətə toxunub, problemin həll edilməsi üçün Rusiya Federasiyası tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd edib.
Bu kontekstdə tərəflər Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər.

Həmsöhbətlər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin icrasına da toxunublar.

Ermənistan və Rusiya liderləri ikitərəfli əməkdaşlığın gündəliyində duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Paşinyanın qeyd etdiyi kimi, Laçın yolu bağlı deyil, açıqdır. Hər gün bu yoldan100-ə yaxın avtomobil keçir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO