“Cümhuriyyətin 100 illiyində Türkiyə Ayda olacaq” - GENERAL

“Cümhuriyyətin 100 illiyində Türkiyə Ayda olacaq” - GENERAL

Hazırda oxunan: “Cümhuriyyətin 100 illiyində Türkiyə Ayda olacaq” - GENERAL

11538

“Türkiyədə aya səyahət layihəsi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilib. Bununla da milli aya səyahət məsələsində 10 istiqamət müəyyən edib. Bu hədəfin 1-cisi Cümhuriyyətin 100 illik dönəmində, yəni 2023-cü ildə aya ilk uçuşu həyata keçirməkdir”.

 

MÖVZU İLƏ BAĞLI:

''Sanksiyalar Türkiyəni gücləndirəcək'' - GENERAL


Bunu Bizim.Media-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib. Deyib ki, kosmosa səyahət və aya eniş etmək dünya dövlətləri üçün və gələcəyin iqtisadi və vizaul layihələr baxımından çox önəmlidir.

Yücel Karauz Türkiyənin ilk dəfə Aya səyahət etməsinin Cumhuriyyətin 100 illiyində baş tutması planlaşdırıldığını bildirib.

General qeyd edib ki, güclü Türkiyə dövləti bu istiqamətdə yeni addımlar atmağa hazırlaşır. Bu, bütün türk toplumunun fəzaya vizit vərəqəsi almasına yardım edəcək. Məhz aya uçuş da bu planın tərkib hissəsidir.

“Türkiyə həm də bölgədə güc dövlətlərindən biridir. Bu mənada ölkəmiz dünyəvi güc olmaq istiqamətində irəliləyir. Bu proqramınn ikinci istiqaməti dünya ölkələri içində yeni nəsil texnologiya sahəsində rəqabət göstərə bilməkdir. Milli Kosmos Proqramında sloqan "göy üzünə bax, ayı gör" olacaq. Tezliklə bu proqramın ilk nəaliyyətlərinin hamı şahidi olacaq”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO