İranla sərhədin azad olunmuş hissəsində narkotrafikin qarşısı alınıb

Hazırda oxunan: İranla sərhədin azad olunmuş hissəsində narkotrafikin qarşısı alınıb

115334

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetirilib”.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhədi Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev DSX-in 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyib.

Elçin Quliyev qeyd edib ki, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsinin nəzarət altına götürülməsi nəticəsində bu ərazidən keçən narkotrafikin qarşısı alınıb:
“Ermənistanla dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən 198,7 km-lik hissəsində sərhədlərimizin etibarlı müdafiəsi və mühafizəsi sisteminin təmin edilib. "Eyvazlı" və "Qazançı" buraxılış məntəqələrinin fəaliyyətinin nəzarətdə saxlanılır, "Füzuli" və "Zəngilan" beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkili, azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi potensialının gücləndirilməsi, düşmən təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO