Rusiya paytaxtında sektalardan birinin üzvləri saxlanılıb.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskvada “Yehova şahidləri”nin bir neçə üzvü həbs olunub.
Qanunsuz fəaliyyət göstərən dini icmanın üzvləri gözlənilmədən evlərində tutulublar. Mənzillərinə baxış zamanı təşkilatın ideyalarını təbliğ edən çoxlu sayda buklet və kitabçalar tapılıb. Axtarışlar daha 16 mənzildə aparılır.
Xatırladaq ki, Rusiya Ali Məhkəməsi “Yehova şahidləri”nin ölkədə fəaliyyətini qadağan edib.
Qeyd edək ki, təşkilat XIX əsrin 70-ci illərində ABŞ-da Çarlz Teyz Rassel tərəfindən yaradılıb. 1931-ci ilə kimi “Müqəddəs Kitab tədqiqatçıları” adlanırdı.
Sonradan “Yehova şahidləri” adlanan dini təşkilatın 2015-ci ildə üzvlərinin sayı 8 milyon 220 min 105 nəfər olub. Azərbaycanda 1406 sekta üzvünün olduğu deyilir.
Özlərini məsihçi adlandırsalar da, əksər ilahiyyatçılar onları xristian hesab etmir.
Bizim.Media