Ermənistanda Qasim Süleymaninin ölümünün ildönümü ilə bağlı tədbir keçirilib

Ermənistanda Qasim Süleymaninin ölümünün ildönümü ilə bağlı tədbir keçirilib

Hazırda oxunan: Ermənistanda Qasim Süleymaninin ölümünün ildönümü ilə bağlı tədbir keçirilib

114205

İranın İrəvandakı səfirliyində Qasım Süleymaninin öldürülməsinin üçüncü ildönümü ilə bağlı Ermənistan rəsmilərinin iştirakı ilə mərasim keçirilib.

Bizim.Media "İran Press" xəbər agentliyinə istinadən xəbər verir ki, ildönümü mərasiminə İran parlamentinin bir sıra erməni deputatları da qatılıblar.

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zuhuri Qasim Süleymaninin iki ölkə arasında əlaqələrin genişlənməsindəki roluna toxunaraq deyib:

"İran və Ermənistan arasında əlaqələr tarixi və möhkəmdir və bu əlaqələr iki ölkənin maraqları çərçivəsində genişlənir".

İranın cənubundakı xristian ermənilərin  İslam Şurası Məclisindəki nümayəndəsi Robert Begləryan isə bildirib ki, İranın xristian icması general Süleymaniyə xüsusi hörmət bəsləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO