Ermənilər bu tarixdə Xankəndidən köçəcək: Avtobuslar ayrıldı - FOTOFAKT

Ermənilər bu tarixdə Xankəndidən köçəcək: Avtobuslar ayrıldı - FOTOFAKT

Hazırda oxunan: Ermənilər bu tarixdə Xankəndidən köçəcək: Avtobuslar ayrıldı - FOTOFAKT

112914

2023-cü il fevralın 1-dən Xankəndi şəhərinin boşaldılması üçün 50 avtobus ayrılıb.

Bizim.Media xəbər verir ki, bu ifadə Qarabağdakı qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın 2022-ci il noyabrın 16-da imzaladığı sənəddə yer alıb.

Bir vaxtlar Rusiyada yaşayan və indi də Xankəndi şəhərində əhalini Ermənistanın baş naziri Nikol Paşiyana qarşı qaldıran bu təlxək “iş adamı” köçürülmə ilə bağlı yerli “dövlət idarəetmə orqanlarına və onların tabeliyində olan idarə və təşkilatlar”ın rəhbərlərinə müraciət edib.
Ermənilərə məxsus Telegram kanalları isə üzərində möhürü olan bu “sənəd” haqda müxtəlif fikirlər səsləndirirlər.

Görünür, Xocalı qətliamının 31-ci ildönümü ərəfəsində ermənilər bu ərazilərdə yaşamaq istəmirlər, çünki bu torpağın əsil sahibləri geri qayıdacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO