Rusiya İlə Avropa İttifaqı arasında münasibət normal deyil - Lavrov

Rusiya İlə Avropa İttifaqı arasında münasibət normal deyil - Lavrov

Hazırda oxunan: Rusiya İlə Avropa İttifaqı arasında münasibət normal deyil - Lavrov

10879

Avrasiya regionunun iki əsas oyunçusu olan Rusiya ilə Avropa İttifaqının münasibətlərində qeyri-sağlam vəziyyət mövcuddur.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borellə görüşdə deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Lavrov isveçli nazirə "Sən təhlükəli qadınsan” dedi - FOTOFAKT


“Hamımızın üzləşdiyi əsas problem, Avrasiya məkanının ən böyük iki oyunçusu - Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlərin normal olmamasıdır. Bu, əlbəttə ki, heç kimə fayda verməyən, qeyri- sağlam vəziyyətdir", - Lavrov bildirib.

"Onun sözlərinə görə, Rusiya tərəfi Borrellin danışıqlarda qaldıracağı hər bir suala cavab verməyə hazırdır: "Sizi məyus etməməyə çalışacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO