Şarmazanov: “Nikol “vətənpərvər” çıxışlar edəndə müharibə başlayır”

Şarmazanov: “Nikol “vətənpərvər” çıxışlar edəndə müharibə başlayır”

Hazırda oxunan: Şarmazanov: “Nikol “vətənpərvər” çıxışlar edəndə müharibə başlayır”

104053

“Nikol “vətənpərvər” çıxışlar etməyə başlayanda müharibə və itki xeyli yaxınlaşır”.

Bizim.Media “panorama.am” saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın Ermənistan hökumətinin sonuncu iclasında səsləndirdiyi bəyanatları şərh edərkən yazıb.

“25 və 26 sentyabr 2020-ci il tarixlərini xatırlayın. Bunun ardınca müharibə, 9 noyabr biabırçılığı və “sülh gündəmi” gəldi.
Yəqin ki, ona  yenə də “milli azadlıq” nitqlərini səsləndirmək tapşırığını veriblər.

İstisna etmirəm ki, “sülhsevər” Nikol yeni Sardarapatı elan edəcək və Ermənistan adına ölməyə hazır olduğunu deyəcək.

Ancaq nəticədə başqaları öləcək, Nikol isə 2 nömrəli təslim aktına imza atacaq”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO