Fərhad Bədəlbəyli: “Şuşada Polad Bülbüloğlu ilə yan-yana ev tikəcəyik”

Fərhad Bədəlbəyli: “Şuşada Polad Bülbüloğlu ilə yan-yana ev tikəcəyik”

Hazırda oxunan: Fərhad Bədəlbəyli: “Şuşada Polad Bülbüloğlu ilə yan-yana ev tikəcəyik”

9976

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli mart ayında yenidən Şuşaya gedəcək.

Bu barədə xalq artisti Bizim.Media-ya Şuşa təəssüratlarından danışarkən bildirib ki, Siyavuş Kərimi, Murad Adıgözəlovla birlikdə Şuşaya yenidən gedəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Fərhad Bədəlbəylinin Şuşa təəssüratı: "Cıdır düzündə olduq, gəncliyimizi yada saldıq" - FOTO


Səfərin məqsədi Novruz Bayramını əsgərlərimizlə bir yerdə qarşılamaqdır:

“Qələbədən sonra Şuşaya gedəndə, şəhər məni açıq səma, günəş, pak, ağ qarla qarşıladı. Şuşanın mənzərəsi çox gözəl idi. Əsgərlərlə görüşdük, birlikdə naharda toyuqla kartof qızartması yedik, çox dadlı idi. Onlarla çörək kəsməyin ayrı ləzzəti var”. 

 Xalq artistinə söhbət əsnasında Şuşa ilə bağlı “arzu”sunu da xatırlatdıq:

''Əlbəttə ki, bu arzum olduğu kimi qalır. Bizim ata-baba yurdumuzu  1905-ci ildə yandırıblar. Ondan sonra Bədəl bəy də ailəsi ilə birlikdə Bakıya köçüblər. Bəzən gedirdilər, bərpa edirdilər ermənilər sonra o evi dağıdırdılar''.

''Yenidən 1918-ci ildə yandırdılar. Demirəm ki, məhz o evin yerində bərpa edəcəm. Şuşada mənə harda yer versələr orda da ev tikəcəyəm. Hətta Polad Bülbüloğlu ilə yan-yana ev tikəcəyik. Arzudur da, təki Allah ömür versin...''. 

“Şuşaya gedəndən sonra real planlarınız nə oldu?” - sualına isə xalq artistinin cavabı bu cür oldu:

''Şuşada kilsənin ətrafında futbol, basketbol meydançaları var idi. Ermənilər deyirdilər ki, kilsənin ətrafı boş qalmalıdır. Buna görə də onun ətrafında olan meydançanı dağıdıblar''.

''Biz oranı elə boş saxlamayacağıq. Həmin boş yeri doldurub yerində böyük bir musiqi məktəbi tikməyi təklif edəcəm. Bütün qayğı və diqqətimizi o məktəbə ayıracağıq''.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO