İrəvan delimitasiya işlərinə əngəl olmaq üçün növbəti təxribata hazırlaşır - ŞƏRH

İrəvan delimitasiya işlərinə əngəl olmaq üçün növbəti təxribata hazırlaşır - ŞƏRH

Hazırda oxunan: İrəvan delimitasiya işlərinə əngəl olmaq üçün növbəti təxribata hazırlaşır - ŞƏRH

99745

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdiriblər. 

Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı yaydığı bəyanatda deyilir ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 
Qeyd edək ki, sentyabrın 12-13-də Ermənistan tərəfi məhz sərhəddə geniş miqyaslı təxribat həyata keçirərək, atəşkəsi pozmuşdu. Nəticədə Azərbaycan Ordusu onlara layiqli cavab verərək, strateji əhəmiyyətli bir neçə yüksəklikdə möhkəmlənir. 

İndi isə göründüyü kimi, İrəvan Daşkəsən istiqamətində yenidən qüvvə toplayır. 

Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Daşkəsən istiqamətində qoşun cəmləməklə İrəvan sərhədlərin delimitasiyası istiqamətində aparılan işləri təxribat yolu ilə heçə endirməyə çalışır:
 

MÖVZU İLƏ BAĞLI:

“Delimitasiyadan sonra biz Qarabağı itiririk” - Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri


“Ermənistanın Daşkəsən istiqamətinə qoşun cəmləməsi bir daha onu göstərir ki, İrəvan sülh danışıqlarının getdiyi bir vaxtda sərhədlərin delimitasiyası ilə bağlı planlaşdırılan fəaliyyətləri növbəti dəfə təxribatlar yolu ilə sıfırlamağa çalışır. Ermənistan tərəfindən müşahidə olunan bu kimi proseslər ilk dəfə baş vermir.

Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin də qarşısını əvvəllər olduğu kimi qətiyyətlə almalıdır. Çünki düşmənin delimitasiya olunmayan sərhəddə qoşun cəmləşdirməsinin qarşısının vaxtında alınmaması ilə ermənilərin həmin ərazidə konsentrasiyası daha da genişlənə bilər. Bu isə Azərbaycan Ordusunun şəxsi heyəti üçün ciddi təhdid yarada bilər.
Odur ki, düşmənin qoşun cəmləşdirdiyi ərazilər, atəşkəsi pozduğu mövqelər darmadağın edilməli, həmin ərazilərdə Azərbaycan bayrağı qaldırılmalı və orada daimi olaraq Ordumuzun şəxsi heyəti yerləşdirilməlidir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO