Rusiyanın  “Su-34” qırıcı təyyarəsi qəzaya uğradı

Rusiyanın  “Su-34” qırıcı təyyarəsi qəzaya uğradı

Hazırda oxunan: Rusiyanın  “Su-34” qırıcı təyyarəsi qəzaya uğradı

997

Bizim.Media TASS-a istinadən xəbər verir ki,  Rusiyanın Xabarovsk diyarında “Su-34” ön xətt qırıcısı qəzaya uğrayıb. Bununla bağlı  Şərq Hərbi Dairəsi  məlumat yayıb. Təyyarə planlı təlim uçuşu zamanı sıradan çıxıb.

Mətbuat xidmətindən  qeyd ediblər ki, pilotlar katapult ediblər. Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur. Hazırda ekipaj üzvləri baza aerodromuna təxliyə edilib.  Uçuş hərbi sursat olmadan həyata keçirildiyindən qəza yerində ciddi dağıntı yoxdur. Hadisənin başvermə səbəblərini və şəraitini müəyyənləşdirmək üçün qəza yerinə Şərq Hərbi Dairəsindən komissiya göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO