Aparıcı və aktyor İlkin Həsəni başına gələn təhlükəli hadisədən danışıb.
Bizim.Media xəbər verir ki, İlkin qonaq olduğu “Səhər mərkəzi” verilişində Dənizkənarı Milli Parkda skeyt idarə edən zamanı yıxılaraq, xəsarət aldığını açıqlayıb.
“Skeytin sürətini artırıb, saatda 35 kilometrə qaldırdım ki, bu sürəti sınaqdan keçirim. Yerimi rahatlamaq istəyirdim ki, gözlənilmədən ayağım büdrədi. Bir də gördüm ki, telefonum göydə uçur, mən özüm digər tərəfdə “uçuram”, skeyt isə mənsiz saatda 35 kilometr sürətlə öndə gedir. İki dəfə fırlanıb, yerə dəydim.
Düzdür, aldığım xəsarət ciddi olmasa da, müəyyən bir zamandan sonra ayağımı “Maqnit Rezonans Tomoqrafiya”ya saldım.
Həkim “MRT”nin cavabına baxıb söylədi ki, səndə səkkiz millimetrlik yırtığ əmələ gəlib. Bunu bərpa etməliyik. Ona görə sentyabrın əvvəlindən bu zamana qədər bərpa mərkəzində bəzi idman hərəkətləri ilə ayağımı bərpa edirəm”, - deyə İ.Həsəni bildirib.
Rəşad Əliyev, Bizim.Media