Hulusi Akar Ukrayna limanlarından nə qədər taxıl daşındığını açıqladı

Hulusi Akar Ukrayna limanlarından nə qədər taxıl daşındığını açıqladı

Hazırda oxunan: Hulusi Akar Ukrayna limanlarından nə qədər taxıl daşındığını açıqladı

99594

İstanbulda səfərdə olan Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Bizim.Media xəbər verir ki, hər iki nazir Ukrayna taxılının dünya bazarına daşınması məqsədilə yaradılan koordinasiya mərkəzini ziyarət ediblər. Daha sonra mediaya birgə açıqlama verilib.

Taxıl dəhlizinin yaradılması ilə bağlı sənədin imzalanmasından təxminən üç aya yaxın vaxtın keçdiyini xatırladan nazir Akar bildirib ki, ötən dövrdə ümumilikdə 345 gəmi Ukrayna limanlarından 7 milyon 700 min ton taxıl daşıyıb.

Türkiyə, Rusiya, Ukrayna və BMT təmsilçilərinin birgə fəaliyyəti sayəsində əldə olunan bu nəticəni həm humanitar baxımdan, həm də taxıl məhsullarının qiymətinin aşağı düşməsi nöqteyi-nəzərindən əhəmiyyətini vurğulayan nazir Akar görülən bu işlərin bundan sonra digər problemlərin həlli üçün nümunə olmasını diləyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın atəşkəsə nail olmaq, problemi diplomatik yollarla həll etmək səylərinə diqqət çəkən nazir işlərini Türkiyə Prezidentinin bununla bağlı göstərişlərinə uyğun olaraq davam etdirdiklərini bildirib.
Ukraynalı nazir öz növbəsində taxıl dəhlizinin yaradılmasına və əsir mübadiləsində göstərdiyi səylərə görə Türkiyə Prezidentinə minnətdarlığını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO