Türkiyədə partlayış baş verən mədəndə kömür istehsalı dayandırıldı

Türkiyədə partlayış baş verən mədəndə kömür istehsalı dayandırıldı

Hazırda oxunan: Türkiyədə partlayış baş verən mədəndə kömür istehsalı dayandırıldı

99567

Türkiyənin Bartın vilayətindəki partlayış baş vermiş daş-kömür mədənində kömür istehsalı müvəqqəti dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə energetika və təbii sərvətlər naziri Fateh Dönməz məlumat verib.

Nazir bildirib ki, hazırda mədəndəki yanğının söndürülməsi və digər təhlükəsizlik prosesləri davam edir. Mədənin yenidən istismara hazırlanması üçün mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər görüləcək.
Ədliyyə naziri Bəkir Bozdağ isə məlumat verib ki, baş vermiş faciə ilə bağlı istintaqı beş prokuror davam etdirir. Araşdırmalar düşüncələrdəki bütün suallara aydınlıq gətirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO