Həbs olunan general müsadirə olunan malları bağ evində gizlədirmiş

Həbs olunan general müsadirə olunan malları bağ evində gizlədirmiş

Hazırda oxunan: Həbs olunan general müsadirə olunan malları bağ evində gizlədirmiş

99233

Həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində maraqlı faktlar üzə çıxıb. 

Bizim.Media “unikal.org”a istinadən xəbər verir ki, M.Rəsulov gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adıyla Abşeron rayonunun Fatmayı kəndində olan 2 hektar ərazidə yerləşən 3 mərtəbəli villasının zirzəmisində saxlayırmış. 

Daha sonra isə həmin mallar müxtəlif ticarət obyektlərinə verilərək satılırmış.  

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi çərçivəsində iyulun 14-də Məsum Rəsulov saxlanılıb. 

M.Rəsulovun külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub. 

Xatırladaq ki, o, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO