Azərbaycan millisi Yunanıstanın qonağı olacaq

Azərbaycan millisi Yunanıstanın qonağı olacaq

Hazırda oxunan: Azərbaycan millisi Yunanıstanın qonağı olacaq

98582

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Joze Alesionun baş məşqçi olduğu komanda 6-cı qrupda Yunanıstanın qonağı olacaq. 

Afinadakı qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da Teodoros-Putos İdman zalında start veriləcək. Görüşü Ademir Avdiçin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.

Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO