Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

Hazırda oxunan: Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

98499

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu keçirilir. 

Bizim.Media xəbər verir ki,bu barədə nazirlikdən məlumat verilib. 

Əvvəlcə kurs iştirakçılarına brifinq təqdim olunub, mobil təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı məlumatlar verilib. 

Bildirilib ki, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən kurs müddətində HHQ aidiyyatı bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim olunacaq.
Həmçinin aviasiya təminatı ilə bağlı fəaliyyətlər həyata keçiriləcəkdir. Təlim kursu oktyabrın 13-dək davam edəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO