Azərbaycanlı idmançı:

Azərbaycanlı idmançı: "Əsas hədəfim ermənini məğlub etməkdir" - FOTO-VİDEO

Hazırda oxunan: Azərbaycanlı idmançı: "Əsas hədəfim ermənini məğlub etməkdir" - FOTO-VİDEO

98283

Abşeron Olimpiya İdman Kompleksində 7-9 oktyabr tarixlərində Powerlifting idman növü üzrə keçirilən Avropa çempionatına yekun vurulub.

Bizim.Media xəbər verir ki, yarışlarda respublikanın Gəncə şəhərindən, Tovuz rayonundan ümumən 100-ə yaxın idmançı iştirak edib.

Abşeron komandasını təmsil edən və 75 kiloqram çəki dərəcəsində vuruşan  Azər Cəlilov Bench-press hərəkətində 106 kiloqram çəkinin öhdəsindən gələrək Azərbaycan çempionu adına layiq görülüb.
Azər Cəlilov Bizim.Media ilə söhbətində bildirib ki, əsas hədəfi  Azərbaycan çempionu olmağı ilə kifayətlənməyərək qarşıda gözlənilən dünya və Avropa çempionatlarında erməni idmançını məğlub etməkdir.

Powerlifting üzrə Azərbaycan çempionatında 56 kiloqram çəki dərəcəsindən 110 kiloqram çəki dərəcəsinə qədər idmançılar iştirak edib.

Hər çəki dərəcəsində qalib olan idmançılar mükafatlandırılıb.

Aytəkin Alxaslı, Bizim.Media
 





 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO