Praqa görüşündən sonra Sankt-Peterburqda pərişanlıq ola bilərmi? - TƏFƏRRÜAT

Praqa görüşündən sonra Sankt-Peterburqda pərişanlıq ola bilərmi? - TƏFƏRRÜAT

Hazırda oxunan: Praqa görüşündən sonra Sankt-Peterburqda pərişanlıq ola bilərmi? - TƏFƏRRÜAT

97998

Praqada “Avropa siyasi birliyinin” Zirvə Toplantısı çərçivəsində Fransa, Azərbaycan prezidentləri, Ermənistan baş naziri və Avropa İttifaqı Şurasının Prezidenti arasında baş tutan görüş Bakı ilə İrəvan arasında sülhün əldə edilməsi yolunda mühüm addım kimi dəyərləndirilir.

Görüşün nəticəsi olaraq tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyan bəyanat qəbul ediblər. Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədinə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə barədə razılığa gəliblər. 
Bu görüşdən dərhal sonra isə Sank-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşü keçirilir. Bəzi ekspertlərin fikrincə Rusiya Praqa təmaslarına necə yanaşdığını bu görüşdə biruzə verəcək. 

Politoloq Qabil Hüseynli Bizim.Media-ya açıqlamasında bildirib ki, Rusiya Praqa görüşündə əldə edilən nəticələrə cavab addımı olaraq Sankt-Peterburqda tərəfləri bir araya toplaya bilər.

Amma Moskvanın bu cavab addımından pərişan olmağa dəyməz:

“Ola bilsin Praqa görüşünün ardınca Moskva da Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində müəyyən cəhdlərdə bulunsun. Amma bu cəhdlərin nəticə verəcəyinə inanmıram. Moskvanın indi çalışdığı əsas məsələ Qarabağda yerləşdirdiyi sülhməramlıları yerində saxlamaqdan ibarətdir.

Amma onların burada olması uzağı bir neçə il çəkə bilər. Ukrayna müharibəsinin nəticələri çox şeyi, o cümlədən Cənubi Qafqazdakı geosiyasi durumu, yeni dünya düzənini həll edəcək. Rusiya proseslə bağlı hansısa bir addım atmaq niyyətində olsaydı, onu Praqadakı “Avropa Siyasi Birliyinin” Zirvə Toplantısından əvvəl edərdi.
İndi MDB dövlətlərinin qeyri-formal tədbiri keçirilir. Gündəliyi naməlum bu tədbirdə Rusiyanın da Praqadakı görüşə cavab olaraq Azərbaycan Ermənistan münasibətlərində müəyyən addımlara gedəcəyini fikirləşə bilərik, amma pərişan olmağa dəyməz”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO