Məktəbdə şagirdin döyülməsi Güneli QƏZƏBLƏNDİRDİ: \

Məktəbdə şagirdin döyülməsi Güneli QƏZƏBLƏNDİRDİ: \"Qızımı dərsə göndərmək istəmirdim\" - VİDEO 

Hazırda oxunan: Məktəbdə şagirdin döyülməsi Güneli QƏZƏBLƏNDİRDİ: \"Qızımı dərsə göndərmək istəmirdim\" - VİDEO 

97416

"Bu gün gündəmi zəbt edən 112 nömrəli məktəbdə şagirdlər arasında baş verən vəhşilik olub. Məni də bir valideyin və ana kimi ən əsas da bir vətəndaş kimi narahat etdi. Bu hadisə psixoloji olaraq mənə çox pis təsir etdi". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova sosial şəbəkə hesabında yaydığı videoaçıqlamada deyib.

Sənətçi, sosial şəbəkədə Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsi hadisəsinə sərt şəkildə münasibət bildirib. 

"Bu cinayyət tərkibli hadisəni məndə sosial şəbəkə hesabımda paylaşdım ki, bütün dostlarım və yaxınlarım agah olsun. Bu hadisənin fonunda bu gün qızımı məktəbə göndərmək istəmirdim. Belə problemli və qeyri-adekvat uşaqlar məktəblərdə yox, ciddi rejimli təcridxanalarda təhsil almalıdırlar.

Çünki onlar bu hərəkətləri ilə digər uşaqlarında psixoloji durumuna zərbə vura bilərlər.

Düşünürəm ki, məktəbdə dərs deyən bütün müəllim və pedaqoqlar bu hadisəyə göz yummasaydılar bu kimi xoşaqəlməz olaylar ölkəmizdə artmazdı. Sözsüz ki, məktəbdə bu cür xuliqanlıq edən şagirdlər və onların valideyinləri barəsində ciddi tədbirlər görülməlidir. İlk növbədə isə onlar məktəblərdən uzaqlaşdırılmalıdır. Bir valideyin kimi istərdim ki, təhsil otağında video müşahidə kameraları olsun", - deyə Günel fikirlərini ifadə edib.  

Qeyd edək ki, Günel Ələkbərovanın 8 yaşlı Məryam adlı qız övladı var.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO