Fevralın 24-dən etibarən Böyük Britaniya Ukraynaya təxminən 4 milyard funt-sterlinq dəyərində hərbi, humanitar və iqtisadi dəstək göstərib, həmçinin təhlükəsizlik üçün Britaniyaya üz tutan ukraynalılara 186 000-dən çox viza verilib.
Bizim.Media xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould deyib.
O bildirib ki, Rusiyanın Ukraynaya hücumu suveren və demokratik ölkəyə qarşı əsassız, əvvəlcədən düşünülmüş hücumdur: “Biz bu çətin zamanda Ukraynanın yanındayıq”.
Diplomat söyləyib ki, Böyük Britaniya Ukraynaya əlindən gələn köməyi edir və eyni zamanda, işğala qarşı beynəlxalq reaksiyanın gücləndirilməsi istiqamətində işlər görüb:
“Əminəm ki, azərbaycanlılar da ukraynalı dostları kimi, suverenliyin və müstəqilliyin əhəmiyyətini dərk edirlər. Azərbaycan tarix boyu öz müstəqilliyi uğrunda mübarizə aparmalı olub. Mən Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi əvəzsiz dəstəyi və göstərdiyi humanitar yardımları yüksək dəyərləndirirəm”.
Rusiyanın ötən həftə qismən səfərbərlik elan etdiyini və Ukraynanın suveren əraziləri ilə bağlı “referendumlar” təşkil etdiyini xatırladan F.Ould bütün bunları Rusiyanın işğalının uğursuzluğu ilə əlaqələndirib:
“Referendumlar Ukrayna torpaqlarını ələ keçirməyə hesablanmış açıq-aşkar saxtakarlıqdır. Biz heç zaman Rusiyanın Ukraynanın suveren ərazisini işğal etmək cəhdinin nəticələrini tanımayacağıq. Müttəfiqlərimizlə birlikdə Rusiyanı bədəl ödəməyə məcbur edirik və bu ölkənin təcavüzünə qlobal müqavimətin gücünü nümayiş etdiririk”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:38 / 03.10.2022
“Azərbaycanın Ukraynaya dəstəyini yüksək dəyərləndirirəm” - Britaniya səfiri - VİDEO
Hazırda oxunan: “Azərbaycanın Ukraynaya dəstəyini yüksək dəyərləndirirəm” - Britaniya səfiri - VİDEO
Hazırda oxunan: “Azərbaycanın Ukraynaya dəstəyini yüksək dəyərləndirirəm” - Britaniya səfiri - VİDEO
97069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.