Vətənə xəyanətdə ittiham olunan rusiyalı alim öldü

Vətənə xəyanətdə ittiham olunan rusiyalı alim öldü

Hazırda oxunan: Vətənə xəyanətdə ittiham olunan rusiyalı alim öldü

96986

Dövlətə xəyanətdə ittiham olunan Sankt-Peterburqlu alim Valeri Mitko vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” mərhumun vəkillərinə istinadən yayıb.

"Bu gün müdafiə etdiyimiz şəxs, Arktika Elmlər Akademiyasının prezidenti, ölkənin hidroakustika üzrə aparıcı mütəxəssisi, 81 yaşlı Valeri Mitko vəfat edib", - deyə Mitkonun vəkili bildirib.

İstintaq hesab edir ki, Mitko Çinə səfəri zamanı hidroakustika sahəsində baş verənlər və sualtı qayıqların aşkarlanması üsulları haqqında məlumatları özündə əks etdirən məxfi materialları həmin ölkənin xüsusi xidmət orqanlarına verib.

O, vətənə xəyanət maddəsi ilə ittiham olunub. Alim özünü təqsirli bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO