“Qarabağ” ilə “Neftçi” qarşı-qarşıya - TARİX

“Qarabağ” ilə “Neftçi” qarşı-qarşıya - TARİX

Hazırda oxunan: “Qarabağ” ilə “Neftçi” qarşı-qarşıya - TARİX

96792

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha 2 oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, qarşılaşmalardan biri bölgədə, digəri paytaxtda baş tutacaq.

Günün ilk matçında “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Hazırda 10 xala malik komandalar 5-6-cı yerləri bölüşdürür. İki kollektiv indiyədək ölkə çempionatında üz-üzə gəlməyib.

Turun mərkəzi oyununda isə “Qarabağ” “Azersun Arena”da “Neftçi” ilə qarşılaşacaq. Hər iki komandanın aktivində 18 xal olsa da, “köhlən atlar” rəqibindən 1 oyun az keçirib.

Ağdam və Bakı təmsilçiləri bunadək ölkə çempionatında 87 dəfə bir-birinə rəqib olub. Bunların 34-ü “Qarabağ”ın, 23-ü “Neftçi”nin xeyrinə başa çatıb. 30 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də son Azərbaycan çempionu üstündür - 104-79

“Qarabağ” son 4 görüşdə qələbə qazanıb. Ağdam klubu son iki ev oyununda 4 top vurub.

Azərbaycan Premyer Liqası

VIII tur

1 oktyabr (şənbə)

15:30. “Turan Tovuz” – “Zirə”

Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ceyhun Haşımov

Tovuz şəhər stadionu.

18:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli

Hakim-inspektor: Vüsal Əliyev

“Azersun Arena”.

Qeyd edək ki, turun açılış oyununda “Qəbələ” səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO