Uzaq Şərqdə gərginlik daha da artır

Uzaq Şərqdə gərginlik daha da artır

Hazırda oxunan: Uzaq Şərqdə gərginlik daha da artır

966

Bizim.Media xəbər verir ki,CNN-in Honkonq bürosunun  məlumatına  görə, gələn ay Avstraliya, Hindistan, Yaponiya və ABŞ-ın iştirakı ilə Hind okeanında Malabar hərbi dəniz təlimləri olacaq. ABŞ 1992-ci ildən etibarən region dövlətləri ilə mümkün hər hansı kənar təhdidə qarşı birgə təlimlər keçirir. Lakin ilk dəfə təlimlər bu qədər geniş miqyasda və 4 ölkənin iştirakı ilə baş tutacaq.

ABŞ, Avstraliya, Hindistan və Yaponiya strateji əməkdaşlıq və məlumat mübadiləsi məqsədi ilə 2007-ci ildə “Dördlük” strateji forumunu yaradıblar. İlk vaxtlar forumun fəaliyyət istiqamətləri içərisində hərbi məqsədlər yer almırdı.Ancaq hərbi dəniz təlimləri foruma üzv ölkələrin hərbi əməkdaşlıq istiqamətlərini də ortaya qoyur.

Analitiklər hərbi təşkilat olmadığı halda Dördlük forumunun Çinin bölgədə artan təsirinə qarşı cavab olaraq yaradıldığını qeyd edirlər. Rəsmi Pekin isə təlimləri daha çox Çinin bölgədə blokadaya alınması olaraq qiymətləndirir. Xatırladaq ki, Çinin oxşar təlimlərdə iştirakla bağlı 2007-ci ildə Avstraliya ilə münasibətləri gərginləşmişdi.Bu dəfəki təlimlərin də foruma üzv ölkələrlə Çin arasındakı münasibətləri daha da gərginləşdirəcəyi ehtimal olunur.

Rəvan Əliyev, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO