Dünyasını dəyişən Kulionun “Dəyirman” və Elşad Xose ilə GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Dünyasını dəyişən Kulionun “Dəyirman” və Elşad Xose ilə GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Hazırda oxunan: Dünyasını dəyişən Kulionun “Dəyirman” və Elşad Xose ilə GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

96436

Xəbər verdiyimiz kimi, dünyaca məşhur amerikalı reper Kulio 59 yaşında Los-Ancelesdə ürəktutmadan  vəfat edib.

Bizim.Media xəbər verir ki, 2004-cü ildə ilk dəfə Bakıya gələn Kulio Heydər Əliyev Sarayında konserti zamanı “I See You When You Get There” (Ora çatanda səni görürəm) mahnısını keçmiş “Dəyirman” qrupu və repçi Elşad Xose ilə birgə duet oxuyublar.

Kulionun konserti zamanı lentə alınan həmin görüntülər daha sonra “Dəyirman” qrupu tərəfindən çəkilən klipdə istifadə edilib.

Həmin görüntüləri isə keçmiş “Dəyirman” qrupunun üzvü ABD Malik Kələntərli sosial şəbəkə hesabında paylaşıb. Sənətçi Kulionun vəfatı ilə bağlı kədərləndiyini yazıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO