"Müharibədən qaçan ruslara ABŞ-da sığınacaq veriləcək" - Ağ Ev 

Hazırda oxunan: "Müharibədən qaçan ruslara ABŞ-da sığınacaq veriləcək" - Ağ Ev 

96279

“Ağ Ev Rusiya prezidenti Vladimir Putinin hərbi səfərbərliyindən sonra Rusiyadan qaçan kişilərə siyasi sığınacaq təklif edəcək”. 

Bizim.Media “DailyMail.com”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer açıqlama verib. 

“Rusiya küçələrində etiraz aksiyaları, isanların petisiya imzaladığını görürük və düşünürəm ki, onların bizə göndərdiyi mesaj çox aydındır ki, Putinin başladığı bu müharibə... qeyri-populyardır.

Rusiyada Putinin müharibəsində vuruşmaq və ya onun uğrunda ölmək istəməyən insanlar var” – deyə Jan-Pyer qeyd edib. 

“Biz inanırıq ki, milliyyətindən asılı olmayaraq, onlar ABŞ-da sığınacaq üçün müraciət edə bilərlər və hər bir halda vəziyyətə görə qərar veriləcək. Biz sığınacaq istəyən hər kəsi xoş qarşılayacağıq” –deyə Ağ Ev mətbuat katibi deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO