"Bu şəhərdə"nin Rafaeli şəhid dostunun görüntülərini yaydı – VİDEO

Hazırda oxunan: "Bu şəhərdə"nin Rafaeli şəhid dostunun görüntülərini yaydı – VİDEO

96034

Əməkdar artist Rəfael İskəndərov şəhid dostu ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, aktyor dostunun səs yazısını onun fotoları ilə bəzəyərək video formatında sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

“Bu gün 27 Sentyabr anım günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olan dostum Müşviq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə R.İskəndərov yazıb. 

Qeyd edək ki, Müşviq Abbasov və 2 oğlu könüllü olaraq Vətən müharibəsində döyüşə başlayıblar.  

6 sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşviq Abbasov və 2 oğlu bir gün sonra, 27 sentyabr 2020-ci ildən könüllü olaraq Vətən müharibəsində döyüşə başlayıblar. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşüb, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olub. Müşviq Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb.

5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə könüllü əsgər Abbasov Müşviq Qabil oğlu qəhrəmancasına şəhid olub. Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşviq Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.  
Dövlət başçısının 05.11.2021-ci il tarixli Sərəncamına əsasən o, ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.  

Rəşad Əliyev, Bizim.Media

 












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO