Türkiyəli müğənni konsertində Məhsa Əmininin xatirəsinə SAÇLARINI KƏSDİ - VİDEO

Türkiyəli müğənni konsertində Məhsa Əmininin xatirəsinə SAÇLARINI KƏSDİ - VİDEO

Hazırda oxunan: Türkiyəli müğənni konsertində Məhsa Əmininin xatirəsinə SAÇLARINI KƏSDİ - VİDEO

95974

Türkiyəli müğənni Melek Mosso səhnədəki hərəkəti ilə təəccübləndirib. 

Bizim.Media xəbər verir ki, “Harbiye Açık Hava Tiatrosu” məkanında konsert proqramı ilə çıxış edən sənətçi ifasından sonra əlinə qayçı alaraq saçlarını kəsib. 

O, bu addımını İranda azadlığı uğrunda aparan qadınlara, xüsusi ilə polis tərəfindən döyülərək öldürülən Məhsa Əmini üçün atdığını bildirib.  
“Mahnılarımı oxuyuram, azadlığımızı heç kim əlimizdən ala bilməz”, - deyə Melek vurğulayıb. 

Müğənninin bu addımı tamaşaçılar tərəfindən alqış və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Məhsa Əmini bir neçə gün öncə ölkənin “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO