Bakıda səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanın erməni işğalı altındakı ərazilərini geri qaytarmasından məmnun olduqlarını söyləyib.
Bizim.Media xəbər verir ki, o səfər öncəsi Tehranda hava limanında yerli mətbuat nümayəndələrinə verdiyi açıqlamada səfərin məzmunu haqqında danışarkən belə deyib:
"Qardaş ölkə Azərbaycanın torpaqlarını geri aldığına görə xoşbəxtik. Bu gün Azərbaycan torpaqları Azərbaycan xalqının əlindədir. Biz insanların azad edilmiş bölgələrdəki evlərinə tez bir zamanda qayıtmalarına kömək etmək istəyirik".
Zərif görüşlərdə regional əməkdaşlığı müzakirə edəcəklərini söyləyib.
O, Qarabağdakı sabitlik, sülh və yenidənqurma məsələlərini Azərbaycan rəsmiləri ilə müzakirə edəcəklərini, tranzit keçidlər və Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı danışıqlar aparacaqlarını da əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:28 / 25.01.2021
Cavad Zərif: “Qardaş ölkə Azərbaycanın torpaqlarını geri aldığına görə xoşbəxtik”
Hazırda oxunan: Cavad Zərif: “Qardaş ölkə Azərbaycanın torpaqlarını geri aldığına görə xoşbəxtik”
Hazırda oxunan: Cavad Zərif: “Qardaş ölkə Azərbaycanın torpaqlarını geri aldığına görə xoşbəxtik”
9596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.