Soyuq payızın isti DƏBİ: UZUN ÇƏKMƏLƏR - FOTO

Soyuq payızın isti DƏBİ: UZUN ÇƏKMƏLƏR - FOTO

Hazırda oxunan: Soyuq payızın isti DƏBİ: UZUN ÇƏKMƏLƏR - FOTO

95846

Çəkmələr payız mövsümünün danılmaz zəruri geyimi və küçə stili qəhrəmanlarının və moda təsir edənlərin sevimli əşyalarından biridir. Kobud ayaqqabıları mini ətəklər, incə libaslar, cins şalvarlar və idman şalvarları ilə ustalıqla kombin etmək olar.

Bizim.Media çəkmələrlə geyimlərin zövq oxşayacaq düzgün kombinlərini təqdim edir. 

Cins şalvar və kobud dəri gödəkçə: 

“Yaxası olan dəri gödəkçə, ağ köynək, mavi cins şalvar və alçaq daban çəkmələr sizi həm dəbli, həm də şık göstərəcək. Dizaynerlər hər zaman olduğu kimi çəkmələrin içinə cins şalvarın ətəyini keçirməyi məsləhət görür.

İdman şalvarı və pencək:

İdman şalvarı, böyük ölçülü gödəkçə və çəkmələrin birləşməsi sizin dəb yolunuzda yaşıl işıq yandıracaq. Buludlu bir payız günündə dostlarla qəhvə içmək üçün mükəmməl seçimdir. 
Qısa ətək və “top”:

Çəkmənizin içinə nəyinsə ətəyini keçirmək fikri sizə xoş gəlmirsə, qısa ətəyin üstündən “top”, əgər hava soyuqdursa, onu qısaldılmış sviter ilə əvəz edə bilərsiniz və klassik yağmurluq geyinməklə obrazınıza “cool”uq qata bilərsiz.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO