AŞPA-nın qış sessiyası başlayır

AŞPA-nın qış sessiyası başlayır

Hazırda oxunan: AŞPA-nın qış sessiyası başlayır

9554

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. 

Bizim.Media-nın xəbərinə görə, sessiya yanvarın 28-dək davam edəcək. 

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq. 

Qeyd edək ki, bu il AŞPA-nın qış sessiyası hibrid formatda (birbaşa və onlayn iştirak) keçiriləcək.

Azərbaycan sessiyada Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil oluncaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO