Bakıda işgəncə verilən 90 yaşlı ananın oğlu DANIŞDI – VİDEO 

Bakıda işgəncə verilən 90 yaşlı ananın oğlu DANIŞDI – VİDEO 

Hazırda oxunan: Bakıda işgəncə verilən 90 yaşlı ananın oğlu DANIŞDI – VİDEO 

95458

Bakıda 90 yaşlı ananın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qoyulduğu videonu 44 günlük Vətən Müharibəsi qazisi Ziya Abbasovun çəkdiyi iddia olunur. 

Bizim.Media xəbər verir ki, polis şöbəsinə çağırılan Əkbər Abbasov İctimai TV-yə açıqlamasında videonun oğlu Ziya tərəfindən çəkildiyini və anlaşılmazlıq olduğunu deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

İşgəncəyə məruz qaldığı bildirilən 90 yaşlı qadının oğlu polisə çağrıldı - YENİLƏNİB


“Video oğlum Ziya və yoldaşım Kəmalə tərəfindən çəkilib. Yoldaşımla bacımın münasibəti yaxşı deyil. Bacım Naxçıvanda yaşayır. Bacım yoldaşıma “Anama yaxşı baxmırsan” dediyi üçün yoldaşım videonu çəkib atıb”.

Onun sözlərinə görə, anası hazırda bacısının yanında Naxçıvandadır: 

“Video 6-7 ay qabaq çəkilib. Anam Naxçıvandadır, gətirəcəm yanıma. Hazırda münasibət pisləşdiyi üçün videonu qəsdən yayıb”. 

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO