Azərbaycanda ilk Milli Şəhərsalma Forumu keçiriləcək

Azərbaycanda ilk Milli Şəhərsalma Forumu keçiriləcək

Hazırda oxunan: Azərbaycanda ilk Milli Şəhərsalma Forumu keçiriləcək

95442

Azərbaycanın ilk Milli Şəhərsalma Forumu oktyabrın 5-i və 6-da Bakı və Ağdam şəhərlərində keçiriləcək.

Bizim.Media BMT-nin Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı və ADA Universitetinin təşkilatçılığı ilə keçiriləcək Forumda şəhərsalmaya dair ölkənin qarşısında duran vəzifələr müzakirə olunacaq.

Tədbirin əsas məqsədi dayanıqlı inkişaf və şəhərlərin bərpasına təkan verən beynəlxalq təcrübələrin mübadiləsi, şəhərlərin bərpasında Azərbaycan modelinin öyrənilməsi, habelə dünyanın müxtəlif yerlərində oxşar problemlərlə üzləşən mütəxəssislər və siyasətçilər ilə əlaqələrin qurulmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO