İngiltərədə nüvə bunkeri hərraca çıxarıldı - FOTO

İngiltərədə nüvə bunkeri hərraca çıxarıldı - FOTO

Hazırda oxunan: İngiltərədə nüvə bunkeri hərraca çıxarıldı - FOTO

9544

İngiltərədə 1961-ci ildə inşa edilmiş və nüvə sığınacağı kimi fəaliyyət göstərmiş bina hərraca çıxarılıb. Hərracın başlanğıc qiyməti 25 min funt-sterlinq olaraq qiymətləndirilib.

Satış əməliyyatlarını həyata keçirən Adam Cook, "Nüvə bunkeri olaraq da bilinən bu struktur, Soyuq Müharibədə müşahidə məntəqəsi olaraq istifadə edilib və 1961-ci ildə istifadəyə verilib, 1991-ci ildə isə istismardan çıxarılıb", - deyə qeyd edib.

Cook, sığınacağın çox sayda insanı cəlb etdiyini və bəzilərinin buranı koronavirusdan gizlənmək üçün etibarlı bir yer olaraq istifadə etmək istədiklərini qeyd edib.

4.2 metrlik bir nərdivan vasitəsilə enməyin mümkün olduğu yeraltı sığınacaq içərisində radiasiya ölçən, partlayış aşkarlama cihazı, telefon, radio qəbuledici və Geiger sayğacı kimi cihazlar yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO