Azərbaycan millisi bu gün Slovakiyanın qonağı olacaq

Azərbaycan millisi bu gün Slovakiyanın qonağı olacaq

Hazırda oxunan: Azərbaycan millisi bu gün Slovakiyanın qonağı olacaq

95133

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq.

Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərində cəzalı Yuray Kuçka, Azərbaycan komandasında isə Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcək. Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO