Salyanda YANĞIN – Yaşayış evi yararsız hala düşdü - FOTO

Salyanda YANĞIN – Yaşayış evi yararsız hala düşdü - FOTO

Hazırda oxunan: Salyanda YANĞIN – Yaşayış evi yararsız hala düşdü - FOTO

95118

Salyanda fərdi yaşayış evi yanıb. 

Bizim.Media-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Şəhriyar küçəsində qeydə alınıb. 

Belə ki, Çimnaz Əliyevaya məxsus bir mərtəbəli fərdi yaşayış evi anidən alovlanmağa başlayıb.

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alov  söndürülərək yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.  
Qeyd edək ki, yanğın nəticəsində ev içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb. 

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO