Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşdü - FOTO

Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşdü - FOTO

95117

21 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının xarici və Avropa işləri naziri Rastislav Kaçerlə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin məlumatında bildirilib. 

Məlumata görə, Nazir Ceyhun Bayramov həmkarını yeni təyinatı münasibətilə təbrik edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.

İqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı, habelə qarşılıqlı investisiyaların təşviqi məqsədilə tərəfimizdən ardıcıl işin aparılmasının əhəmiyyəti vurğulanıb. 

Nazir, həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, Ermənistan tərəfinin sözügedən bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları və son təxribatları, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhdid olan mina təhlükəsi ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib. 

Nazir Rastislav Kaçer ökələrimiz arasında mövcud olan siyasi dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. O, dövlətlərarası münasibətlərin təməlində duran beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.  

Slovakiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini, əməkdaşlığı, iqtisadiyyat və ticarət sahəsində əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. Slovakiyanın geniş təcrübəsini və malik olduğu texnologiyaları nəzərə alaraq, minasızlaşdırma sahəsində səylərə dəstək vermək niyyətini diqqətə çatdırıb. 
Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO