Sumqayıtda itkin düşən məktəbli, 2010-cu il təvəllüdlü Nihat Pənahlı tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna N. Pənahlının yaxınları məlumat verib.
Bildirilib ki, 12 yaşlı məktəbli şəhərin 6-cı mikrorayon ərazisindən tapılıb.
Qeyd edək ki, Sumqayıt şəhər 1 nömrəli orta məktəbin yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.
22.11***
Sumqayıt şəhəri 1 saylı orta məktəbin şagirdi Nihad Pənahlı itkin düşüb.
Bizim.Media xəbər verir ki, yeddinci sinif şagirdi olan Nihad Pənahlı günorta5-ci dərsdən sonra evə qayıtmayıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) məktəblinin itkin düşməsi ilə bağlı araşdırma aparır.
Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur.
Bizim.Media

