Paytaxtın daha bir prospekti yenidən qurulub 

Paytaxtın daha bir prospekti yenidən qurulub 

Hazırda oxunan: Paytaxtın daha bir prospekti yenidən qurulub 

94616

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Fətəli xan Xoyski prospektində aparılan təmir işləri davam edir. Bu istiqamətdə prospektin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılıb.

Belə ki, ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Ümumilikdə təmir işlərinin icra olunduğu hissənin uzunluğu 440 metr, eni ortalama 17.5 metr, sahəsi isə 8000 kv.m-ə yaxındır.

Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq gecə saatlarında və həftəsonları icra olunub.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə yerinə yetirilib.

Təmir işləri icra olunan müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ərazidə hərəkətin təhlükəsizliyi və faziləsizliyi təmin olunub.

Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospektin sözügedən hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.

Xatırladaq ki, bundan öncə prospektin Əhmədbəy Ağaoğlu və Koroğlu Rəhimov küçələri arasında olan hissəsi də əsaslı şəkildə təmir olunmuşdu.

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO